Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Rayon icra hakimiyyəti başçısı tərəfindən vətəndaşlar qəbul edildi

22 noyabr 2016 | 16:00

Rayon icra hakimiyyəti başçısı tərəfindən rayonun aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə vətəndaşların qəbulu keçirildi.
17 nəfər vətəndaş rayon icra hakimiyyəti başçısı tərəfindən qəbul olunaraq dinlənildi.
      Vılıq kənd sakini, şəhid qardaşı İlham Dövlətov kənd məktəbində müvafiq işlə təmin olunmasına, Soru kənd sakini, şəhid qardaşı Rüfəddin Veysəlov yaşayış evinin təmiri üçün tikinti materialının verilməsinə, Mastail kənd sakini Validə Dənziyeva və Veri kənd sakini Şənlik Məmmədov müvafiq işlə təmin olunmaqlarına, Davradibi kənd sakini Əvəz Vəliyev torpaq sürüşməsi nəticəsində qəzalı vəziyyətə düşmüş evinə və epilepsiya xəstəsi olan 3 övladına görə, Pirzəkücə kənd sakini Gülnaz Həmidova xəstə oğlunun müalicə olunması üçün maddi yardımın verilməsinə köməklik göstərilməsini xahiş etdilər.
      Qəbula vətəndaşlar tərəfindən qaldırılan problemlərin həlli ilə bağlı tədbirlərin görülməsi, müraciətlərinin araşdırılaraq icra edilməsi ilə əlaqədar aidiyyəti vəzifəli şəxslərə tapşırıqlar verildi.

Keçidlər