Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü qeyd edildi

08 noyabr 2016 | 16:00

“Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 17 noyabr tarixli 595 nömrəli Sərəncamına əsasən, habelə gənclərin və yeniyetmələrin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi sahəsində müəyyən edilmiş vəzifələrə uyğun olaraq 9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibəti ilə rayonda fəaliyyət göstərən idarə, təşkilat və müəssisələrdə, ümumtəhsil məktəblərində, eləcə də məktəbəqədər təhsil müəssisələrində silsilə tədbirlər keçirilmiş, vətəndaşlarda dövlət rəmzlərinə, müstəqil dövlətçilik ənənələrinə hörmət və sədaqət hissinin gücləndirilməsinə, uşaqların, yeniyetmə və gənclərin Azərbaycanın milli-mədəni irsi və tarixi haqqında məlumatlandırılması, onların Azərbaycanın dövlət rəmzləri haqqında biliklərinin möhkəmləndirilməsinə yönələn məruzə və çıxışlar dinlənilmişdir.
      Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibəti ilə noyabrın 8-də Lerik Rayon İcra Hakimiyyəti və Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə  Lerik şəhərinin mərkəzindəki Dövlət bayrağı meydanına veloyürüş keçirilmişdir. 50 nəfərədək iştirakçının qatıldığı yürüş Lerik şəhər 1 saylı texniki fənlər təmayüllü liseyindən start götürmüş, Heydər Əliyev meydanında şəhər sakinlərinin sürəkli alqışları ilə başa çatmışdır. Yürüş iştirakçıları ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidənin önündə Azərbaycanın Dövlət Himnini sakinlərlə birgə ifa etmişlər. Yürüş iştirakçılarına rayon gənclər və idman idarəsinin fəxri fərmanları təqdim edilmişdir.
      Daha sonra yürüş iştirakçıları rayon mədəniyyət mərkəzində  9 Noyarb – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibəti ilə rayon məktəblilərinin əl işlərindən ibarət sərgi ilə tanış olmuşlar.

https://www.youtube.com/watch?v=JWSREYFWKWI 

Keçidlər