Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Prokurorluq işçilərinin peşə bayramı günü qeyd edildi

30 sentyabr 2016 | 16:00

Rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərlərinin, ictimaiyyətin nümayəndələrinin iştirakı ilə prokurorluq işçilərinin peşə bayramı gününə həsr olunmuş tədbir keçirildi.
      Tədbir iştirakçıları öncə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etdilər,  abidənin önünə tər güllər düzdülər.
      Rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov peşə bayramı münasibəti ilə prokurorluq işçilərini təbrik etdi, prokurorluq orqanlarının həm sovet dönəmində, həm də müstəqillik illərində inkişafında xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin müstəsna rolunu vurğuladı, prokurorluq orqanları əməkdaşlarına Prezident cənab İlham Əliyevin tərəfindən yüksək diqqət və qayğının göstərildiyini,  Azərbaycan Respublikası Prokurorluğu qanunun aliliyinin, insan hüquq və azadlıqlarının təmin olunmasına, cinayətkarlıqla mübarizəyə, qanunçuluğun və hüquq qaydasının qorunmasına xidmət etdiyini bildirdi.
      Rayon prokuroru Bəhruz İbrahimov göstərilən diqqətə görə minnətdarlıq etdi.

Keçidlər