Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Müqəddəs Qurban bayramı qeyd olundu

12 sentyabr 2016 | 16:00

12 sentyabr 2016-cı il tarixdə müqəddəs Qurban bayramı münasibətilə Lerik rayonunda tədbir keçirildi. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı Rövşən Bağırov, rayonun hüquq mühafizə, idarə, təşkilat və müəssisə rəhbərləri, ağsaqqallar, şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və ictimaiyyət nümayəndələri iştirak edirdilər.
      Bayram münasibətilə rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov rayon sakinlərini təbrik etdi. Bildirdi ki, Qurban bayramı müsəlman aləminin tarixi və ən gözəl bayramlarından biridir. Hər il dövlət səviyyəsində iki gün bayram elan edilir. Rayon icra hakimiyyəti başçısı bu günlərdə ölkəmizin hər yerində Allah yolunda qurbanların kəsildiyini, ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı cənab Prezidentimizin rəhbərliyi ilə xalqımızın daha da firavan yaşaması, dövlətimizin inkişafı və tərəqqisi üçün dualar edildiyini, şəhidlərimizin ölməz xatirəsinin ehtiramla yad olunduğunu, insanlar arasında şəfqət və mərhəmət duyğularının nümayiş etdirildiyini qeyd etdi.
      Sonra qurbanlar kəsilərək Lerik rayonunda yaşayan şəhid ailələri, Qarabağ müharibəsi və Böyük Vətən Müharibəsi iştirakçıları və imkansız ailələrə ümumilikdə 550 ailəyə bayram sovqatı verildi.

Keçidlər