Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrlə bağlı rayon icra hakimiyyəti başçısının hesabatına həsr olunmuş Şuranın geniş iclası keçirildi

20 iyul 2016 | 16:00

Lerik Rayon İcra Hakimiyyəti başçısı yanında rayon rəhbərliyinin, hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilat rəhbərlərinin, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, ağsaqqallar, gənclər və ictimaiyyətin nümayəndələrinin iştirak ilə “Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasından irəli gələn vəzifələr və 2016-cı ilin birinci yarısında Lerik rayonunda görülmüş işlər, qarşıda duran vəzifələr” barədə Şuranın geniş iclası keçirildi.
      Şura  iclasını giriş nitqi ilə açan rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov  Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı dünyada təhlükələrin artdığını, iqtisadi böhranın daha da dərinləşdiyini və ölkələrin bu böhrandan müxtəlif formada əziyyət çəkdiyini bildirdi. Cənab Prezidentin həyata keçirtdiyi uğurlu siyasət nəticəsində Azərbaycanda iqtisadi inkişafın təmin edildiyini, ictimai-siyasi vəziyyətin sabit qaldığını, respublika qarşısında duran vəzifələrin həll olunduğunu diqqətə çatdırdı.
   Ölkə başçısı tərəfindən həyata keçirilən uğurlu iqtisadi reformalar rayonumuzun da sosial-iqtisadi inkişafına ciddi təsir göstərmişdir. Hazırda taxıl biçini kompaniyası uğurla davam etdirilir.
    Sonra rayon icra hakimiyyəti başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Habil Məlikov geniş məruzə ilə çıxış etdi.
     Şura iclasında rayon statistika idarəsinin rəisi Nizaməddin Muradov, mərkəzi xəstəxananın baş həkimi Mübariz Ağayev, Molalan kənd ərazi icra nümayəndəsi Ələkbər Kərimov çıxış edərək görülmüş işlər və qarşıda duran vəzifələr barədə məlumat verdilər.
      Şura iclasına yekun vuran rayon icra hakimiyyətinin başçısı qarşıya qoyulmuş vəzifələrlə bağlı aidiyyəti idarə və təşkilat rəhbərlərinə müvafiq tapşırıq və tövsiyələrini verdi.
       Şura iclasında qeyd olunan təkliflər və qarşıda duran vəzifələrlə bağlı müvafiq qərar qəbul olundu.

Keçidlər