Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

23 İyun Dövlət qulluqçularının peşə bayramı günü qeyd edildi

23 iyun 2016 | 16:00

Lerik Rayon İcra Hakimiyyətinin inzibati binasında 23 İyun - “Dövlət qulluqçularının peşə bayramı günü” münasibətilə tədbir keçirildi. Tədbirdə rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov, Milli Məclisin deputatı İqbal Məmmədov iştirak edirdilər.
      Rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov tədbiri giriş nitqi ilə açaraq dövlət qulluğunda çalışanları peşə bayramı münasibəti ilə təbrik etdi, dövlət quruculuğu sahəsində aparılan islahatların ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlı olduğunu diqqətə çatdırdı. Bildirdi ki, müasir Azərbaycanın memarı olan ümummilli lider Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı və 1995-ci ilin noyabr ayında ilk Konstitusiyanın qəbul edilməsi ilə hüquqi dövlət quruculuğunun əsası qoyuldu. Müasir dünyada qəbul edilmiş dövlət idarəetmə sisteminə uyğun milli dövlət quruculuğu istiqamətində islahatlara başlanıldı. Aparılan islahatlar nəticəsində çevik dövlət idarəçilik sisteminin formalaşdırılması, elektron hökumətin qurulması, insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasında yüksək dövlət təminatına və bütövlükdə Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası prosesinin sürətləndirməsinə nail olundu. Ulu öndərin sədrliyi ilə hazırlanmış və 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsində qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında Azərbaycanın dövlət quruluşunun və idarə olunmasının əsas prinsipləri təsbit olunmuş, dövlət  hakimiyyətinin qanunverici, icra və məhkəmə hakimiyyətinə bölünən yeni modeli yaradılmış, onların təşkili və fəaliyyətinin əsas prinsipləri müəyyən edilmişdir. Dövlət quruculuğunun inkişaf etdirilməsi, dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi və demokratikləşdirilməsi istiqamətində görülən kompleks tədbirlər və işlər 2000-ci il iyulun 21-də «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununun qəbul edilməsi ilə nəticələndi.
    «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanunu qəbul edildikdən sonra onun tətbiqi mexanizmini yaratmaq məqsədi ilə cənab Prezident tərindən onlarla qanun, fərman və sərəncamlar imzalanmış, dövlət qulluğunun bütün əsas istiqamətlərinin qanunvericilik yolu ilə tənzimlənməsini təmin etmək məqsədilə əsasnamələr, qaydalar, nümunələr təsdiq edilmişdir.
      Bu gün hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesində dövlət qulluğunun təşkili tamamilə yeni prinsiplərə əsaslanır. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət qulluğu siyasəti qanunçuluq və hesabatlılıq, şəffaflıq və müsabiqə, bərabərlik və cavabdehlik prinsiplərinə əsaslanan dövlət idarəçiliyi sisteminin daha səmərəli inkişaf etməsinə xidmət edir. Bu prinsiplər dövlət qurumlarının və bu qurumlarda çalışan dövlət qulluqçularının qərar və fəaliyyətlərinin normativ-hüquqi aktlara uyğunluğunu və bu barədə ictimaiyyətin məlumatlandırılmasının təmin edilməsini, görülən işlərin nəticəsinin keyfiyyətə görə qiymətləndirilməsini, dövlət qulluğuna qəbulun şəffaflıq və müsabiqə əsasında aparılmasını, dövlət qulluqçularının fəaliyyətində şəffaflığın və aşkarlığın təmin olunmasını, dövlət  qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə vətəndaşların təsir imkanının yaradılmasını, dövlət qulluqçularından gözlənilən davranış qaydaları barədə vətəndaşların məlumatlandırılmasının təmin edilməsi və digər qaydaları  müəyyən edir. 
Cənab Prezident tərəfindən 2006-cı ildə dövlət qulluqçularının peşə bayramı günün təsis olunması, hər il bu bayram münasibəti ilə dövlət qulluqçularının təltif edilməsini dövlət qulluqçularına göstərilən diqqət və qayğının nəticəsi olduğunu qeyd etdi. Bu il bayram ərəfəsində rayon icra hakimiyyəti başçısının Tikəband kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Bəyəli Bədəlovun Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilməsini diqqətə çatdırdı. Bunun bütün lerikli dövlət qulluqçularına göstərilən diqqət və qayğının bariz nümunəsi olduğunu vurğuladı.
      Daha sonra rayon icra hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Əlipənah Bayramov 23 İyun - “Dövlət qulluqçularının peşə bayramı günü"nə həsr olunmuş geniş məruzə ilə çıxış etdi.
     Tədbirdə Milli Məclisin deputatı İqbal Məmmədov, rayon polis şöbəsinin rəisi Hüseynəli Məlikov, “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmiş, təqaüddə olan dövlət qulluqçusu Ədail Məmmədov və Dövlət İdarələri və İctimai Xidmət  İşçiləri Həmkarlar İttifaqı Lerik rayon komitəsinin sədri Ələkbər Salayev çıxış edərək dövlət qulluqçularını peşə bayramı münasibəti ilə təbrik etdilər.
     Sonra dövlət qulluğunda səmərəli və qüsursuz fəaliyyət göstərən bir qrup dövlət qulluqçusuna rayon icra hakimiyyəti başçısı tərəfindən Fəxri Fərman və hədiyyələr təqdim edildi.
     Sonda tədbir iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul edildi.

Keçidlər