Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Rayon icra hakimiyyəti başçısı tərəfindən vətəndaşların qəbulu keçirildi

21 iyun 2016 | 16:00

Lerik Rayon İcra Hakimiyyətinin inzibati binasının qəbul otağında rayon icra hakimiyyəti başçısı tərəfindən rayonun aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə vətəndaşların qəbulu keçirildi.
       Ümumilikdə rayon icra hakimiyyəti başçısı tərəfindən 20 nəfər vətəndaş qəbul olunaraq dinlənildi.
     Rəzəvul kənd sakinləri, Qarabağ müharibəsi əlili Möhübbət Nəsirov qəzalı vəziyyətdə olan yaşayış evinin bərpasına, Qızıl Əliyeva mal-qara tövləsinin və ot tayasının yanması ilə əlaqədar, Lerik şəhər sakinləri. Qarabağ müharibəsi əlili Bəhlul Rəhimov maddi yardım göstərilməsinə, Valeh Əsədullayev, Buruq kənd sakini Səyasət Əliyev işlə təmin edilməsinə, Səkinə İsmayılova qızının, Pirasora kənd sakini İsmayıl Cəfərov oğlunun işlə təmin edilməsinə, Xanagah kənd sakini Mahir Fərziyev, Cəngəmiran kənd sakini Çiçək Əhədova ünvanlı dövlət sosial yardımın təyin edilməsinə, Brkandul kənd sakini, Çernobl əlili Bəxtiyar Şiriyev qızının toy mərasiminin keçirilməsinə, Noda kənd sakinləri Bağı Mirzəyev və oğlu Pənah Mirzəyev qonşusu ilə torpaq mübahisəsinin həllinə köməklik göstərilməsini xahiş etdilər.
      Qəbulda iştirak edən vətəndaşlar tərəfindən də qaldırılan problemlərin həlli ilə bağlı müvafiq tədbirlərin görülməsi, müraciətlərinin araşdırılması və icrası ilə əlaqədar aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verildi.

Keçidlər