Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Faşizm üzərində Qələbənin 71 illiyi qeyd edildi

09 may 2016 | 16:00

Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırovun, rayonun hüquq mühafizə orqanlarının, idarə, təşkilat və müəssisə rəhbərlərinin iştirakı ilə 1941-1945-ci illər Böyük Vətən Müharibəsində Qələbənin 71-ci ildönümü münasibəti ilə ümumrayon tədbiri və müharibə veteranları ilə görüş keçirildi.
     Öncə tədbir iştirakçıları Böyük Vətən və Qarabağ müharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidələri ziyarət edərək, önündə gül dəstələri düzdülər.
      Sonra müharibə iştirakçıları ilə görüş Lerik Rayon İcra Hakimiyyətinin inzibati idarə binasına çay süfrəsi arxasında davam etdirildi.
   Rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov çıxış edərək bayram münasibəti ilə müharibə veteranlarını təbrik etdi. İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin əldə edilməsində Azərbaycan xalqının böyük töhfəsi və rolunun olduğunu, respublikamızı təmsil edən 176 mindən çox döyüşçünün orden və medallarla təltif edildiyini, 130 nəfərin isə “Sovet İttifaqı Qəhrəmanı” adına layiq görüldüyünü bildirdi. Son illər Ali Baş Komandan cənab İlham Əliyevin qayğı və diqqəti ilə ordu quruculuğu istiqamətində həyata keçirilən məqsədyönlü işlər nəticəsində Azərbaycan Ordusunun güclü orduya çevrildiyini, son aylarda cəbhə bölgəsində düşmənin təxribatçı əməllərinin qarşısının layiqincə alındığını qeyd etdi.
      Azərbaycan xalqının istək və tələbi ilə ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra 9 May – Faşizm üzərində Qələbə Gününün rəsmi dövlət bayramı səviyyəsində qeyd edildiyini, müharibə veteranlarına diqqət və qayğının artırıldığını, hər il Qələbə Günü münasibəti ilə dövlət büdcəsindən müharibə veteranlarına birdəfəlik maddi yardımların verildiyini və Azərbaycan övladlarının İkinci Dünya müharibəsində göstərdikləri qəhrəmanlıqların gənc nəslə vətənpərvərlik nümunəsi olduğunu diqqətə çatdırdı.
   Tədbirdə Veteranlar Təşkilatının sədri Hidayət Bəşirov çıxış edərək 1941-1945-ci illər Böyük Vətən müharibəsində faşizm üzərində tarixi qələbənin əldə olunmasında Azərbaycan xalqının əvəzsiz rolu, Azərbaycanlıların istər döyüş meydanlarında, istərsə də arxa cəbhədə göstərdikləri fədakarlıqlar barədə geniş məlumat verdi. Bu tarixi qələbənin əldə edilməsində leriklilərin də xidmətlərinin az olmadığını bildirdi, 1941-1945-ci illərdə Lerik rayonundan 6500 nəfərin cəbhəyə yola salındığını, onlardan 1584 nəfərin həlak olduğunu, 3314 nəfərin müxtəlif dərəcədə yaralandığını qeyd etdi. Cənab Prezident tərəfindən müharibə veteranlarına göstərdiyi diqqət və qayğıya görə veteranlar adından minnətdarlığını bildirdi.
   Tədbirdə müharibə veteranlarından Daşdəmir Paşayev, Salam Cabbarov, Söhbət Fərziyev, əmək veteranlarından Həmzə Vəliməmmədov, Musa Bədəlov və başqaları çıxış edərək faşizm üzərində qazanılmış qələbə ilə Azərbaycan xalqının da fəxr etdiyini, bu günün unudulmaz tarixə çevrildiyini bildirdilər. Qeyd etdilər ki, torpaqlarımızın işğal altında olduğu bir zamanda xalqımızın İkinci Dünya müharibəsindəki qəhrəmanlığının bayram edilməsi, oğul və qızlarımızın göstərdiyi rəşadətin təbliği gənclərimizin vətənə məhəbbət ruhunda tərbiyəsində mühüm əhəmiyyət kəsb edir.
      Müharibə veteranı Daşdəmir Paşayev uzun illər dövlət orqanlarında çalışdığını, lakin özünə maşın belə ala bilmədiyini qeyd etdi, bildirdi ki, dövlətimiz müharibə veteranı kimi ona pulsuz avtomobil vermiş, hər il bayram günü cənab Prezident bizə xeyli miqdarda maddi vəsait də verir. Arzu edirəm ki, belə qələbə gününü ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə yaxın zamanlarda Qarabağ torpaqlarında, qədim Şuşa şəhərində qeyd edək
     Veteranlar onlara göstərilən qayğı və diqqətə görə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını bildirdilər. Onları unutmadığına, hər bir problemləri ilə maraqlandığına görə rayon icra hakimiyyətinin başçısına təşəkkür etdilər.
      Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsinin rəisi, mayor Fəxrəddin Mirzəliyev, Dövlət Təhlükəsizlik Xidməti rayon şöbəsinin rəisi Mehman Qasımov, Qarabağ müharibəsi əlili Veysəl Məlikov, şəhər ərazi icra nümayəndəsi Kaməddin Məstiyev çıxış edərək Böyük Vətən Müharibəsi iştirakçılarını Qələbə Günü münasibəti ilə təbrik etdilər, xoş arzularını bildirdilər

Keçidlər