Rayon icra hakimiyyəti başçısının, hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə Lüləkəran kəndində Blaband kənd inzibati ərazi dairəsindən olan vətəndaşlarla səyyar görüş-qəbul keçirildi.
Lerik Rayon İcra Hakimiyyətinin inzibati binasında rayon icra hakimiyyəti başçısı yanında rayon rəhbərliyinin, hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə, təşkilat rəhbərlərinin, ərazi icra nümayəndələri və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Şuranın növbəti iclası keçirildi.
19 fevral 2019-cu il tarixdə Yaponiya Respublikasının Azərbaycanda Fövqəladə və Səlahiyyətli səfiri cənab Teruyuki Katori Lerik rayonuna səfərdə olmuşdur. Səfər ərzində səfiri Yaponiya Respublikasının Azərbaycanda səfirliyinin birinci katibi Usui Takaaki və səfirliyinin əməkdaşı Gülşən Ağayeva müşayiət edirdi.
Rayon icra hakimiyyəti başçısı, hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə Əliabad kəndində Əliabad, Soru və Gürdəsər kənd sakinləri ilə səyyar görüş-qəbul keçirildi.
13 fevral 2019-cu il tarixdə Lerik Rayon İcra Hakimiyyətinin inzibati idarə binasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasının 7-ci ildönümünə həsr olunmuş tədbir keçirildi. Tədbirdə rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsinin şəxsi heyəti, rayonun hüquq mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri, gənclər, Qarabağ müharibəsi veteranları və ictimaiyyət nümayəndələri iştirak edirdilər.