Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Struktur bölmə rəhbərləri

Sektor müdiri – baş mühasib

Tağızadə Asiman Adil oğlu 

İnformasiya təminatı və təhlil sektoru

Talıbov Gündüz Hümbətəli oğlu - 1977-ci ildə Lerik rayonunun Şinəband kəndində anadan olmuşdur. 1999-cu ildə Azərbaycan Texniki Universitetini bitirmişdir. Əmək fəaliyyətinə 2002-ci ildə Lerik Telekommunikasiya Qovşağında mühəndis kimi başlamışdır. 2016-cı ilin avqust ayından Lerik Rayon İcra Hakimiyyəti başçısının İnformasiya təminatı və təhlil sektorunun müdiri vəzifəsində çalışır. 2-ci dərəcə dövlət qulluqçusudur. Yeni Azərbaycan Partiyasının üzvüdür.
1. 09.2000 - Həqiqi hərbi xidmətdə tağım komandiri
2. 07.2002 - Lerik Telekommunikasiya Qovşağında mühəndis
4. 08.2004 - Lerik Telekommunikasiya Qovşağında sahə rəisi
5. 03.2005 - Lerik Telekommunikasiya Qovşağında informasiya texnologiyaları üzrə mütəxəssis
6. 08.2012 - Lerik Rayon İcra Hakimiyyəti başçısı aparatının İnformasiya təminatı və təhlil sektorunda aparıcı məsləhətçi vəzifəsində çalışmışdır.

Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi
Bayramov Əlipənah Hüseynağa oğlu - 1968-ci ildə Lerik rayonunun Bülüdül kəndində anadan olmuşdur. 1996-cı ildə Bakı Dövlət Universitetini, 2001-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirmişdir. Əmək fəaliyyətinə 1985-ci ildə S.Vurğun adına sovxozda fəhlə kimi başlamışdır. 2016-cı ilin may ayından Lerik Rayon İcra Hakimiyyəti başçısı aparatında Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi müdiri vəzifəsində çalışır. 1-ci dərəcə dövlət qulluqçusudur.
1. 03.12.1990 - “Bolluq uğrunda” qəzetində korrektor,
2. 03.02.1993 - “Lerik” qəzetində ədəbi işçi, müxbir,
3. 21.02.1996 - Lerik Rayon İcra Hakimiyyəti başçısı aparatının Ümumi şöbəsində kadrlar üzrə müfəttiş,
4. 26.06.1996 - Lerik Rayon İcra Hakimiyyəti başçısı aparatının Sosial- iqtisadi inkişaf şöbəsində təlimatçı,
5. 01.04.1997 - Lerik Rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq və mühafizə məsələləri şöbəsində məsləhətçi,
6. 31.10.1998 - Lerik Rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə orqanları ilə iş şöbəsində böyük  məsləhətçi,
7. 31.08.2001 - Lerik Rayon İcra Hakimiyyəti başçısı aparatında mütəxəssis,
8. 18.11.2002 - Lerik Rayon İcra Hakimiyyəti başçısı aparatının  Hüquq şöbəsində hüquqşünas,
9. 12.02.2003 - Lerik Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri,
10. 13.08.2012 - Lerik Rayon İcra Hakimiyyəti başçısı aparatında İnformasiya təminatı və təhlili sektorunun müdiri vəzifələrində çalışmışdır.

Hüquq şöbəsi

Quliyev Araz Qurban oğlu - 1964-cü ildə Lerik rayonunun Ağçay kəndində anadan olmuşdur. 1990-cı ildə Bakı Dövlət Universitetini  bitirmişdir. Əmək fəaliyyətinə 1981-ci ildə keçmiş SSRİ Kimya Sənayesi Nazirliyi “Azərkimya təmir” tresti 2 nömrəli təmir - tikinti - quraşdırma idarəsində II dərəcəli rəngsaz kimi başlamışdır. 2002-ci ilin iyun ayından Lerik Rayon İcra Hakimiyyəti başçısı aparatında Hüquq şöbəsinin müdiri vəzifəsində çalışır. 1-ci dərəcə dövlət qulluqçusudur.
1. 26.07.1984 - Keçmiş SSRİ Kimya Sənayesi Nazirliyi “Azərkimya təmir” tresti 2   nömrəli təmir - tikinti - quraşdırma idarəsində III dərəcəli rəngsaz
2. 18.02.1988 - Sumqayıt şəhər səhiyyə şöbəsinin 1 saylı doğum evində hüquqşünas vəzifələrində çalışmışdır.

Memarlıq və tikinti şöbəsi
İbrafimov Əflatun Əjdər oğlu - 1977-ci ildə Lerik şəhərində anadan olmuşdur. 1998-cü ildə Azərbaycan İnşaat Mühəndisləri Universitetini bitirmişdir. Əmək fəaliyyətinə 2000-ci ildə Lerik Rayon İcra Hakimiyyəti başçısı aparatında mütəxəssis kimi başlamışdır. 2015-ci ilin dekabr ayından Lerik Rayon İcra Hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti şöbəsinin müdiri vəzifəsində çalışır. 2-ci dərəcə dövlət qulluqçusudur.
1. 16.06.2000 - Lerik Rayon İcra Hakimiyyəti başçısı aparatında Aqrar məsələlər şöbəsində mütəxəssis
2. 18.02.2003 - Lerik Rayon İcra Hakimiyyəti başçısı aparatında Memarlıq və tikinti şöbəsində böyük mühəndis
3. 10.08.2012 - Lerik Rayon İcra Hakimiyyəti başçısı aparatında Memarlıq və tikinti şöbəsində böyük məsləhətçi (mühəndis) vəzifələrində çalışmışdır.

Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi
Əhədov Zamiq Abdulla oğlu - 1982-ci ildə Lerik şəhərində anadan olmuşdur. 2006-cı ildə Bakı Dövlət Universitetini bakalavr, 2015-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını fərqlənmə diplomu ilə magistr pilləsi üzrə bitirmişdir. Əmək fəaliyyətinə 2002-ci ildə Lerik Telekommunikasiya Qovşağında hüquqşünas kimi başlamışdır. 2010-cu ildən 2015-ci ilədək YAP Lerik Rayon Təşkilatı gənclər birliyinin sədri olmuş, hal-hazırda YAP Lerik Rayon Təşkilatının Lerik Rayon İcra Hakimiyyəti üzrə ərazi ilk partiya təşkilatının sədridir.2015-ci ilin dekabr ayından isə Lerik Rayon İcra Hakimiyyəti başçısının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri vəzifəsində çalışır. 1-ci dərəcə dövlət qulluqçusudur.
1.12.09.2002-Lerik Telekommunikasiya Qovşağında  hüquqşünas
2.16.07.2007-Lerik Rayon İcra Hakimiyyəti başçısının köməkçisi vəzifəsində çalışmışdır.

 

Keçidlər