Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Lerik Rayon Gənclər və İdman İdarəsi

Lerik Rayon Gənclər və İdman İdarəsi Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin struktur qurumu kimi Lerik rayonunda gənclərlə iş, bədən tərbiyəsi və idman sahələrində dövlət siyasətini həyata keçirir. İdarə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının Qanunlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin kollegiyasının qərarlarını, əmr, sərəncam və digər normativ-hüquqi aktlarını, Lerik Rayon İcra Hakimiyyətinin qərar və sərəncamlarını rəhbər tutur.
Lerik Rayon Gənclər və İdman İdarəsi gənclər və idman siyasətinin rayonda həyata keçirilməsini təmin edir. İdarə idman tədbirlərini keçirir, gənclər siyasəti sahəsində tədbirlər təşkil edir. Rayonda gənc nəslin bilik və bacarıqlarını düzgün istiqamətə yönəldilməsinə, idmanın inkişafı istiqamətində işlər görür, müxtəlif idman növlərinin inkişaf etdirilməsinə səy göstərir. Rayonda idmançıların yetişməsinə çalışır, gənclərin və yeniyetmələrin maraqlarının təmin edilməsi istiqamətində müsabiqələr, bilik yarışları və digər tədbirlər təşkil edir, rayon komandalarının rayondan kənarda keçirilən tədbirlərdə iştirakını təmin edir.
    
İdarənin rəisi: İsaqov Natiq Cankişi oğlu
          ünvan:  Lerik şəhəri A.Əsədullayev küçəsi 1
               tel:  025 274-51-93, fax: 025 274-51-93
           email:  lerikgii@gmail.com

 

 

Keçidlər