Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Lerik Rayon İcra Hakimiyyəti başçının müavinləri

Başçının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması  şöbəsinin müdiri

Məlikov Habil Ağaxan oğlu - 08 mart 1966-cı ildə Lerik rayonunun Gürdəsər  kəndində anadan olmuşdur. 1992-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunun mahasibat uçotu və təsərrüfat fəaliyyətinin təhlili fakültəsini bitirmişdir.  1983-ci ildə Kommunal Müəssiəsləri Kombinatı Su təchizatı sahəsində fəhlə operator kimi əmək fəaliyyətinə başlamışdır. 2003-ci ilin iyul ayından Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini, 06 iyun 2012-ci il tarixdən başçının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində çalışır. Dövlət qulluğunun müşaviri ixtisas dərəcəsini almışdır. 
- 01.11.1987 - Kommunal Müəssiəsləri Kombinatının su təchizatı sahəsində çilingər,
- 01.07.1990 - Lerik Rayon Sosial Təminatı Şöbəsində pensiya işləri üzrə mütəxəssis,
- 17.05.1993 - Lerik Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində pensiya işləri üzrə mütəxəssis,
- 27.09.1996 - Lerik Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində pensiya işləri üzrə baş müfəttiş,
- 13.11.2002 - Lerik Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru vəzifələrində çalışmışdır.

 

 

Başçının müavini- İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri

Vəliməmmədova Arzu Həmzə qızı - 1964-cü ildə Lerik rayonunun Blaband kəndində anadan olmuşdur. 1986-cı ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Əbəbiyyatı İnstitutunu bitirmişdır. 1986-cı ildə Lerik şəhər orta internat məktəbində rus dili və ədəbiyyatı  müəllimi kimi əmək fəaliyyətinə başlamışdır. 2011-ci ilin oktyabr ayından Lerik Rayon İcra Hakimiyyəti başçısının təhsil, səhiyyə və mədəniyyət üzrə müavini, 08 avqust 2012-ci il tarixdən başçının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsində çalışır. Dövlət qulluğunun müşaviridir.
- 16.07.2007 - Lerik Rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsində böyük məsləhətçi,
- 07.11.2008 - Lerik Rayon İcra Hakimiyyəti başçısı aparatının təhsil, səhiyyə və mədəniyyət şöbəsində baş məsləhətçi vəzifələrində çalışmışdır.

 

     


 

Keçidlər